11:36 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Zərf

Yaponiyada doqquz şirkətə içərisində zəhər olan paketlər göndərilib

CC0 / sik-life / конверт
DÜNYA
Qısa URL
21 0 0

Bütün məktubların yanvarın 24-də Tokiodan göndərildiyi və onların bəzisinin üzərində Aum Şinrikyo təşkilatının ötən il edam edilən rəhbərinin adının yazıldığı bildirilir

BAKI, 27 yanvar - Sputnik. Yaponiya polisi əczaçılıq şirkətləri də daxil olmaqla doqquz təşkilata içərisində kalium sianit maddəsi olan paketlərin göndərilməsi ilə əlaqədar təhqiqat işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, içərisində şəffaf maddənin və hədə məktubunun olduğu paketlər Tokio, Osaka və Sapporo şəhərlərində yerləşən əczaçılıq, ərzaq və qəzet şirkətlərinə göndərilib.

Kompüterdə dərc edilən məktubda bitkoinlə 35 milyon von və ya 31 min dollar ödənilməyəcəyi təqdirdə tərkibində kalium sianit olan məhsulların yayılacağı qeyd edilir.

Bütün məktubların yanvarın 24-də Tokiodan göndərildiyi və onların bəzisinin üzərində Aum Şinrikyo təşkilatının ötən il edam edilən rəhbərinin adının yazıldığı bildirilir.

Əsas mövzular