Ermənistanda müxalif jurnalist və siyasətçi həbsxanada öldü

© SputnikYerevanda təcili yardım avtomobili
Yerevanda təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda partiya sədrinin müavini həbsxanada ölüb

BAKI, 27 yanvar - Sputnik. "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Yegizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun səhhəti pisləşib, həkim çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır. 

Mqer Yegizaryan “dələduzluq” maddəsi ilə mühakimə olunub.

O həm də haynews.am saytının məsul nümayəndəsi imiş. Yegizaryan Ermənistan vətəndaşlarının, eləcə də hərbçilərin müxtəlif problemlərini həll etmək adı ilə onları aldadaraq iri məbləğdə pul alıb.

Xəbər lenti
0