12:18 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
14 0 0

Federal hakimiyyətin məlumatına görə, bu faciə onların ölkədə yanacağın oğurlanması ilə bağlı mübarizəsinə təsir etməyəcək

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 18-də Meksikada İdalqo ştatında baş vermiş boru xəttinin partlayışının qurbanlarının sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cümə günü axşam məlumatına görə, ölənlərin sayı 114 nəfər olub.

"68 nəfər partlayış zamanı, 46 nəfər isə xəstəxanada ölüb", - hakimiyyətin açıqlamasında bildirilir.

30 nəfər isə stasionar şəkildə tibbi yardım almağa davam edir.

Qeyd edək ki, partlayış və yanğın Tlauelilpan rayonunda boru xəttinə qanunsuz şəkildə müdaxilə zamanı baş verib. Həmin vaxt ərazidə çox sayda adam olub. Federal hakimiyyətin məlumatına görə, bu faciə onların ölkədə yanacağın oğurlanması ilə bağlı mübarizəsinə təsir etməyəcək.

Əsas mövzular