Valideynləri 3 həftəlik körpəni diri-diri basdırdı

CC0 / sebagee / Children's shoesUşaq ayaqqabıları, arxiv şəkli
Uşaq ayaqqabıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir kahin onlara uşağın bədəninə pis ruhlar daxil olduğunu deyib

BAKI, 26 yanvar — Sputnik. Hindistanda 3 həftəlik körpəni diri-diri basdırıblar.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yolla keçən kişi yol kənarında körpə səsinin gəldiyini eşidib. O, səs gələn tərəfə gedib və səsin yerin altından gəldiyini başa düşüb. Kişi qəbiri qazıb və soyuqdan donmaq üzrə olan uşağı çıxarıb. Daha sonra o, körpəni yaxınlıqda olan dövlət xəstəxanasına aparıb və polisə xəbər verib. Polis uşağın valideynlərinin kimliyini müəyyən edib və onlar artıq həbs olunublar.

Məlum olub ki, bir kahin onlara uşağın bədəninə pis ruhlar daxil olduğunu deyib. Həmin şəxs uşağın öldürülmədiyi təqdirdə valideynlərinin başına böyük bəlalar gələcəyini də iddia edib. Bundan sonra ana, ata, baldız birləşərək bu cinayəti həyata keçiriblər.

Maraqlısı odur ki, polis atanı və baldızı həbs etsə də, ananı tapa bilməyib. Onun axtarışları davam etdirilir.

Xəbər lenti
0