Yeni erotik roman gəlir – "Cənab"

CC BY 2.0 / Eleazar / Cache-cacheÖpüşən gənc cütlük, arxiv şəkli
Öpüşən gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Cənab" aprelin 16-dan satışa çıxarılacaq.

BAKI, 26 yanvar — Sputnik. "Bozun 50 çaları" əsərinin müəllifi E.L.Ceyms adı ilə məşhur olan Erika Leonard yeni erotik roman yazır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə müəllif özü məlumat verib.

Stefano Suaros - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
ABŞ-da adını dəyişən azərbaycanlıdan ilginc açıqlamalar: erotika, seks...

Kitabın adı "Cənab" olacaq. Romanda hadisələr 2019-cu ildə Londonda cərəyan edir. "Cənab"-ın qəhrəmanı varlı, cazibədar aristokrat Maksim Trevelyandır. Ona böyük miqdarda miras qalır və ailə işlərini idarə etməyə başlayır.

Ancaq bir gün o sirli qadın Alisiya Demaçi ilə tanış olur. Və ona aşiq olur. Alisiyanın keçmişi gizli olur.

Qeyd edilir ki, "Cənab" aprelin 16-dan satışa çıxarılacaq.

Xatırladaq ki, E.L.Ceyms 2011-ci ildə "Bozun 50 çaları" qalmaqallı erotik romanı yazandan sonra məşhurlaşıb. Seksual xarakterli açıq səhnələrlə zəngin olan əsər Böyük Britaniya və ABŞ-da bestsellerə çevrilib. Bundan sonra müəllif "Qaranlığın 50 çaları" və "Azadlığın 50 çaları" adlı əsərlərini yazıb. Trilogiya ekranlaşdırlıb.

Xəbər lenti
0