Ən gözəl qadın sevgilisindən ayrıldı

Abunə olmaq
Qadın sevgilisi Stiven ilə əl-ələ şəkillərini paylaşaraq bir müddət əvvəl ayrıldıqlarını qeyd edib.

BAKI, 25 yanvar — Sputnik. Almaniyanın ən gözəl qadın polisi Adrienna Kolesar 10 illik sevgilisindən ayrılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 34 yaşlı qadın bu barədə Instagram səhifəsində yazıb.

Qadın sevgilisi Stiven ilə əl-ələ şəkillərini paylaşaraq bir müddət əvvəl sevgilisinin onu tərk etdiyini qeyd edib.

O, etiraf edib ki, sevgilisi heç bir zaman arzulamadığı “dünyaya” düşüb.

Qeyd edək ki, alman qadın "ən gözəl polis qadın" adı ilə populyarlaşıb. O bir ara işinə ara vermiş, özünü başqa sahələrdə, o cümlədən model kimi sınamağa çalışmışdı. Ancaq bu ilin əvvəlində yenidən öz işinə qayıtmışdı.

Xəbər lenti
0