Venesuelada baş verənlər müdaxilə adlandırıldı

© AFP 2023 / Ulises RuizПротестующие против правительства президента Венесуэлы Николаса Мадуро в Каракасе, Венесуэла
Протестующие против правительства президента Венесуэлы Николаса Мадуро в Каракасе, Венесуэла - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya birliyi Venesuelada daxili böhranın aradan qaldırılması üçün kömək göstərməlidir

BAKI, 24 yanvar — Sputnik. “Bu, ölkənin daxili işlərinə kobud şəkildə qarışmaqdır”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuelada baş verənləri dəyərləndirərkən bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında - Sputnik Azərbaycan
RUSİYA
Lavrov Kerç boğazında baş verənlərin əsl səbəbini açıqladı

"Deyə bilərəm ki, bu, suveren ölkənin daxili işlərinə kobud şəkildə qarışmağa dair daha bir nümunədir. Bildiyiniz kimi, Maduronun fiziki olaraq aradan qaldırılması da daxil olmaqla, onun hakimiyyətdən uzaqlaşdırmağa dair bir neçə cəhd olub" - deyə Lavrov Əlcəzair XİN rəhbəri Abdulqədir Mesahelemlə görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin Venesuela müxalifətini başqalarının, özü də çox çirkli oyunda piyada olmamağa çağırıb.

Lavrov vurğulayıb ki, dünya birliyi Venesuelada daxili böhranın aradan qaldırılması üçün kömək göstərməlidir.

Xatırladaq ki, ötən gecə Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar və daha 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xəbər lenti
0