Bölgədə ara qarışır, İran ordusuna atəş əmri verildi

© AFP 2023 / ATTA KENAREİran ordusunun Strateji Araşdırma Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Pordastan
İran ordusunun Strateji Araşdırma Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Pordastan - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda 7 min İŞİD terrorçusu Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən Əfqanıstana yerləşdirilib"

BAKI, 24 yanvar — Sputnik. İran ordusunun Strateji Araşdırma Mərkəzinin rəhbəri, briqada generalı Əhməd Rza Pordastan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 7 min İŞİD terrorçusunu Əfqanıstana yerləşdirdiyini iddia edib. 

Премьер-министр Израиля Биньямин Нетаньяху открывает еженедельное заседание кабинета министров в офисе премьер-министра в Иерусалиме - Sputnik Azərbaycan
Suriyadan rədd olun – Netanyahu İrana sərt xəbərdarlıq etdi

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Pordastan Tehranda İran ordusunun yaradılmasının 40 illiyi münasibəti ilə keçirilən konfransda bölgədə İŞİD-in mövcudluğu barədə danışarkən deyib.

O, həmçinin qeyd edib ki, İraqın Diyala vilayətində İŞİD yenidən hərəkətə keçib: "Hazırda 7 min İŞİD terrorçusu Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən Əfqanıstana yerləşdirilib. Adı çəkilən ölkələr oyun oynayır və imperialist qüvvələr davamlı olaraq onlara əlavə qüvvə göndərir".

General, eyni zamanda İran Quru Qoşunlarının mümkün təhlükələrə qarşı fasiləsiz olaraq hazırlıq səviyyəsində olduğunu dilə gətirib: "Əgər bizə qarşı hücum etməyə cəhd edərlərsə, ciddi cavab alacaqlar. Bundan əlavə, hava qoşunlarımız da müntəzəm olaraq sərhədlərə nəzarət edir. Ölkəmizin maraqlarına qarşı hər hansı bir hərəkətlilik olarsa, əsgərlərimizə atəş açmaq əmri verilib".

Xəbər lenti
0