00:39 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Qəzzada bombalanma

İsrail qırıcıları Qəzzanı bombalayıb

© REUTERS / Ahmed Zakot
DÜNYA
Qısa URL
43 0 0

"Həmas"ın silahlı qanadı olan "İzzəddin əl-Qəssam" yaraqlılarına aid Aşkelon bölgəsi hədəf alınıb

BAKI, 23 yanvar — Sputnik. İsrail qırıcıları Qəzza zolağının şimalında "Həmas"a aid bir bölgəyə hücum təşkil edib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, İsrail təyyarələri "Həmas"ın silahlı qanadı olan "İzzəddin əl-Qəssam" yaraqlılarına aid Aşkelon bölgəsini hədəf alıb.

Bölgədə ciddi ziyana yol açan hücum əhali arasında təşvişə səbəb olub. Fələstin qurumlarından hücum nəticəsində itki və tələfat barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, İsrail ordusu dünən sərhəddəki əsgərlərinə Qəzzadan snayper tərəfindən atəş açıldığını və bir əsgərin yüngül şəkildə yaralandığını açıqlayıb. Bu hadisədən sonra İsrail ordusu Qəzzanı bombalayıb. Hücum nəticəsində 1 fələstinli ölüb, 4 fələstinli isə yaralanıb.

Əlaqədar

İsrail kamikadzeləri Azərbaycanda: Gecənin səssizliyində hədəfləri məhv edə bilərlər
İsrail qonşusunu bombardıman edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Teqlər:
bomba, hücum, Qəzza, Fələstin, İsrail

Əsas mövzular