Müsəlman ölkəsini indi də sel aparır

© Antara Foto/Muhammad Adimaja/ via REUTERSİndoneziyada sel
İndoneziyada sel - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii fəlakət nəticəsində 6 nəfər dünyasını dəyişib

BAKI, 23 yanvar — Sputnik. İndoneziyanın Sulavesi adasının cənub hissəsində yağan şiddətli yağışlarla əlaqədar meydana çıxan sel insan ölümlərinə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər dünyasını dəyişib.

Selin dağıtdığı evlərdə yaşayan şəxslərin evakuasiyası davam edir.

Qeyd edək ki, tropik iqlim qurşağında yerləşən İndoneziyada yağışların mütəmadi olaraq yağması ilə əlaqədar bu cür təbii fəlakətlər tez-tez baş verir.

Onu da xatırladaq ki, bu günlərdə İndoneziyada güclü zəlzələ baş vermiş, xeyli sayda insan həyatını itirmişdi.

Xəbər lenti
0