Daşqınlar qiymətli xəzinənin üstünü açdı

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü su axınları torpaq qatını yuyub və heykəllərin fraqmentləri görünüb

BAKI, 23 yanvar — Sputnik. Hind arxeoloqları uzun illər torpağın altında qalan qədim terrakota heykəlləri aşkarlayıblar.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, heykəllər 2018-ci ildə dağıdıcı daşqınlardan əziyyət çəkmiş Kerala ştatında aşkarlanıb. Güclü su axınları torpaq qatını yuyub və heykəllərin fraqmentləri görünüb.

Heykəllərin böyük əksəriyyəti zədələnib. Lakin onlardan bir neçəsini tanımaq mümkün olub.

Alimlər bildirilər ki, vaxtilə həmin ərazidə yaşayış məskəni olub. Hələlik artefaktların yaşı dəqiqləşdirilməyib. Lakin araşdırmalar davam edir.

Xəbər lenti
0