Dünyanın ən zəngini hesab edilən on nəfərin adı açıqlanıb

© AFP 2023 / SAUL LOEBDünyanın ən varlı insanı - Ceff Bezos
Dünyanın ən varlı insanı - Ceff Bezos - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən zəngin 26 şəxsi 4 milyard insandan varlıdır

BAKI, 23 yanvar — Sputnik. "Oxfam" dünyanın ən zəngini hesab edilən şəxslərin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu il dünyanın 26 zəngini siyahısında ilk yerdə "Amazon"un qurucusu olan Ceff Bezos qərarlaşıb.

“Topshop” moda evinin sahibi Filip Qrin - Sputnik Azərbaycan
Məşhur milyarder təcavüzdə ittiham edilir

Ceff Bezos 111 milyard 730 milyon dollarlıq sərvətə sahibdir. İkinci yerdə qərarlaşan "Microsoft" şirkətinin qurucusu Bil Qeyts isə 83 milyard 797 milyon 300 min dollarlıq sərvətə sahibdir. "Berkshire Hathaway holding"in qurucusu olan Uorren Baffet isə bu siyahıda üçüncü yerdə qərarlaşıb. Onun sərvəti 83 milyard 797 milyon 300 min dollar dəyərindədir.

Dünyanın ən varlısı hesab edən tanınmışlar sırasında "Facebook" qurucusu olan Mark Zukeberqin də adı var. Siyahıda beşinci olan Zukeberqin sərvətinin dəyəri 70 milyard 796 milyon 500 min dollardır.

Bu siyahıda "LVMH" şirkətinin rəhbəri Bernard Arnault, "Zara"ın rəhbəri Amansio Orteqa, "Oracle"ın rəhbəri Larri Ellisonun da adı var.

"Oxfam"ın məlumatına görə, dünyanın ən zəngini hesab edilən 26 şəxs yoxsul əhalinin təxminən 50 faizinin (4 milyarda yaxın) sahib ola biləcəyi qədər sərvəti əllərində cəmləşdirib.

Xəbər lenti
0