15:28 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Avtobus qəzası

İki maşın toqquşdu – İnsanlar diri-diri yandı

CC0 / Public Domain Pictures / Bus Accident
DÜNYA
Qısa URL
27 0 0

Qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub

BAKI, 23 yanvar — Sputnik. Pakistanın Bəlucistan vilayətində avtobusla yanacaq avtosisterninin toqquşması nəticəsində ən azı 27 nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan "GEO TV"-yə stinadən xəbər verir.

Məlumata əsasən, qəza Lasbela dairəsində baş verib. Onlarla sərnişinin olduğu avtobus Karaçidən Pəncqura gedirmiş. Qəza nəticəsində ətrafa dağılan yanacaq alışıb. Nəticədə hər iki maşın yanıb.

Yerli məmurlar bildiriblər ki, ölənlərin cəsədləri DNT analizindən sonra yaxınlarına təhvil veriləcək.

İlkin məlumatlara görə, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Əsas mövzular