Ağır bombardmançı təyyarə qəzaya uğradı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid"Tu-22M3" bombardmançı təyyarəsi
Tu-22M3 bombardmançı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı təyyarədə döyüş komplekti olmayıb

BAKI, 22 yanvar — Sputnik. Rusiyaya məxsus "Tu-22M3" bombardmançı təyyarəsi Murmansk vilayətində sərt eniş edərkən qəzaya uğrayıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, planlı uçuş zamanı təyyarə qar burulğanı ilə toqquşub, sərt eniş edib və qəzaya düşüb.

Hadisə vaxtı iki ekipaj üzvü ölüb. Daha iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Müdafiə Nazirliyindən vurğulanıb ki, təyyarədə döyüş komplekti olmayıb.

Xəbər lenti
0