23:29 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın görüşü, arxiv şəkli

Ərdoğan Putinlə müzakirə edəcəyi əsas mövzunu açıqladı

© Sputnik / Aleksey Nikolsky
DÜNYA
Qısa URL
74 0 0

Belə bufer zona İraqın şimalında var və bu bataqlıqda PKK terror təşkilatı cəmləşib

BAKI, 21 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya çərşənbə günü səfəri zamanı Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə etmək niyyətində olduğu bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Ümid edirəm ki, çərşənbə günü Rusiyaya səfər edə biləcəyəm və biz cənab Putinlə təhlükəsizlik zonasını, onun terrorçulardan təmizlənməsini, orada sülh və dincliyi müzakirə edəcəyik. Əgər biz olmasaydıq, İdlibdə yüz minlərlə ölüm olardı. Lakin biz bu addımı Rusiya ilə birgə addım atdıq. Bu prosesi bundan sonra da biz qətiyyətlə davam etdirəcəyik", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti eyni zamanda əlavə edib ki, Ankara heç vaxt Suriyanın şimalında bufer zonanın yaradılmasına imkan verməyəcək. Onun sözlərinə görə, belə bufer zona İraqın şimalında var və bu bataqlıqda PKK terror təşkilatı cəmləşib.

Əsas mövzular