15:16 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Dato Ku Cəfər Ku Şaari

"İslam Səkkizliyi"ndən möhtəşəm qərar

© Twitter / SESRIC
DÜNYA
Qısa URL
175 0 0

D-8 ölkələri ticarət əməliyyatlarını milli valyutalar əsasında keçirmək hüququ əldə edəcək

BAKI, 21 yanvar — Sputnik. D-8-ə (İslam Səkkizliyi) üzv ölkələr arasında ticarət əməliyyatlarının aparılması üçün xüsusi ödəmə kartı hazırlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında D-8 təşkiltının sədri Dato Ku Cəfər Ku Şaari deyib.

Onun sözlərinə görə, "D8P Card" adlı ödəmə kartının hazırlanması ideyası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın D-8 ölkələri arasında ticarət dövriyyəsinin milli valyutalarla həyata keçirilməsinə dair çağırışından sonra meydana gəlib: "Bu kart vasitəsi ilə D-8 ölkələri ticarət əməliyyatlarını milli valyutalar əsasında keçirmək hüququ əldə edir".

Baş katib xatırladıb ki, D-8 Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılıb və 20 il ərzində təşkilat qarşısında qoyduğu bir sıra məqsədlərinə çatıb: ""İslam Səkkizliyi" 2019-cu ildə ilk növbədə təşkilata üzv ölkələr arasında energetika sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirmək istəyir. Həmçinin, turizm sahəsində əməkdaşlıq məsələsində də önəmli addımların atılması gözlənilir".

Qeyd edək ki, "İslam Səkkizliyi"nə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir.

Əlaqədar

İslam dünyasına şad xəbər
Professor: “İslam ölkələrinin vahid valyutaya keçməsi real görünmür”
İslam Oyunlarının mükafatçısı İlham Əliyevə müraciət etdi
Teqlər:
kart, ticarət, Türkiyə, müsəlman, İslam

Əsas mövzular