17:51 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Флаг Италии, фото из архива

İtaliyadan gözlənilməz təklif: Fransaya qarşı sanksiya tətbiq edilsin

CC0 / StockSnap / Italian Flag
DÜNYA
Qısa URL
72 0 0

"Fransa öz büdcəsini doldurmaq üçün onlarla Afrika ölkəsini istismar edir"

BAKI, 21 yanvar — Sputnik. İtaliyanın baş nazirinin müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət naziri Luidci Di Mayo Afrikanı müstəmləkələşdirməsinə görə Fransaya qarşı sanksiyaların tətbiq olunmasını təklif edib. Bu barədə Sputnik Azərbaycan ANSA-ya istinadən xəbər verir.

Onun sözlərinə görə, Avropa İttifaqı Afrikadan çəkilmək istəməyən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə başlamalıdır. Nazir, həmçinin əlavə edib ki, Fransa öz büdcəsini doldurmaq üçün onlarla Afrika ölkəsini istismar edir.

Qeyd edək ki, daha əvvəl İtaliyanın Polşa ilə birgə "Yeni Avropa" yaratmaq niyyətində olduğu bildirilirdi.

Əlaqədar

Fransada icazəsiz mitinq keçirənlər sərt şəkildə cəzalandırılacaqlar
“Fransada insan hüquqlarına dair ictimai dinləmələr”in iştirakçıları bəyanat qəbul edib
Hərbçilərimiz Suriya və İraqdan çıxmayacaq – Fransa prezidenti
Teqlər:
ölkə, Afrika, Fransa, nazir, İtaliya

Əsas mövzular