İsrail qonşusunu bombardıman edib

© AFP 2023 / AHMAD GHARABLIİsrailə aid F 35 qırıcısı
İsrailə aid F 35 qırıcısı - Sputnik Azərbaycan
Abunə olmaq
Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb

BAKI, 21 yanvar — Sputnik. İsrail bazar ertəsinə keçən gecə Suriyanın paytaxtı Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə kütləvi zərbələr endirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Suriyanın raket hücumundan müdafiə sistemləri raketlərin böyük hissəsini havada vurub.

İsrail ordusu öz növbəsində İranın Suriyadakı "Əl-Qüds" bölməsinə hücum etdiklərini bəyan edib. Avirzərbələrin 02:11-02:56 radələrində Suriyanın qərb, cənub-qərb və cənub ərazisindən endirdiyi bildirilir.

Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb.

Xəbər lenti
0