00:38 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Daşkənd Minor məscidi

Bir milyon dollarlıq qədim xəzinə tapıldı - FOTO

© Sputnik / Valery Melnikov
DÜNYA
Qısa URL
125 0 0

Həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı

BAKI, 20 yanvar — Sputnik. Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.

Tapılan xəzinə
Tapılan xəzinə

Sputnik Azərbaycan xəbər verir ki, kun.uz nəşrinin yaydığı məlumata görə, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.

Tapıntılar arasında XIX əsrə aid qızıl mikroskop, qiymətli metallardan olan pullar və külçələr, nadir kitablar və əlyazmaları, rəsm əsərləri və ikonalar var. Bəzi əşyaların bərpa olunmaq üçün Almaniya və Polşadan olan mütəxəssislərə veriləcəyi bildirilir.

Əsas mövzular