09:04 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Meksikada baş verən dəhşətli partlayış və yanğın

Dəhşətli partlayışda diri-diri yananların sayı 70-ə çatıb - VİDEO

© AFP 2019 / FRANCISCO VILLEDA
DÜNYA
Qısa URL
381 0 0

BAKI, 19 yanvar - Sputnik. Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 66-ya çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə faciənin baş verdiyi İdalqo ştatının qubernatoru Ömər Fayyad özünün Twitter hesabında yazıb.

​Hadisə nəticəsində 76 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır və çox ağırdır. Yaralananlar arasında 12 yaşlı uşaq da var. Daha 7 nəfər 18 yaşına çatmamış gənclərdir. ​

Xatırladaq ki, yanvarın 18-də və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində partlayış və güclü yanğın baş verib. İnsanlar qanunsuz olaraq deşilən borudan yanacaq toplayırlarmış. Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.

Əlaqədar

Borunun partlaması nəticəsində ən azı 21 nəfər ölüb - VİDEO

Əsas mövzular