16:09 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və amerikalı senator Lindsey Qraham

Amerikalı senatordan inanılmaz bəyanat: “YPG PKK-nın siyasi qoludur”

© REUTERS / HANDOUT
DÜNYA
Qısa URL
126 0 0

“Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik"

BAKI, 19 yanvar — Sputnik. Ötən gün Türkiyəyə gələn amerikalı senator Lindsey Qraham PKK ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla 2,5 saatlıq görüşən Qraham PKK əleyhinə fikir səsləndirib: "YPG PKK-nın siyasi bir qoludur. Onun birbaşa olaraq PKK ilə əlaqəsi var. Əlimizdəki informasiyalar açıq və konkretdir. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik".

Xatırladaq ki, amerikalı senator Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident Rəcəb Tayyip Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.

İkili görüşdə ABŞ-ın Suriyadan çəkilmə qərarı və ötən ilin oktyabrında Türkiyədəki Səudiyyə Ərəbistanı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, senator Lindsey Qaraham ABŞ prezidenti Donald Trampın ən yaxın şəxslərdən biri sayılır.

Əsas mövzular