12:50 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Yanğın, arxiv şəkli

Borunun partlaması nəticəsində ən azı 21 nəfər ölüb - VİDEO

CC0 / 12019 / fire
DÜNYA
Qısa URL
179 0 0

Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub

BAKI, 19 yanvar — Sputnik. Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 21 nəfər ölüb, daha 71 nəfər yaralanıb.

​​Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən "Televisa" telekanalı məlumat yayıb.

"İlkin məlumatlar çox ağırdır, mənə 21 nəfərin yandığını və 71 nəfərin isə yanıq xəsarəti aldığı bildirilib" - deyə Fayyad söyləyib.

​Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib. Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub.

Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.

Əsas mövzular