Həkimlər qadının bədənindən 23 kq-lıq şiş çıxarıblar

© AFP 2023 / ANNE-CHRISTINE POUJOULATHəkimlər əməliyyat zamanı, arxiv şəkli
Həkimlər əməliyyat zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının uşaqlığındakı şişi götürmək üçün cərrahi müdaxilə lazım gəlib

BAKI, 19 yanvar — Sputnik. Amerikanın Aydaho ştatının sakininin bədənində bir neçə onilliklər ərzində inkişaf etmiş nəhəng şiş müəyyən edilib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Brenda Kridlənd menopauza səbəbindən kökəldiyini zənn edirmiş. Səhhəti qəflətən pisləşən qadın həkimə müraciət edib. Kompüter tomoqrafiyası göstərib ki, artıq çəkinin və səhhətindəki problemin səbəbi nəhəng şişdir. Bu şiş daxili orqanları sıxışdırmağa başlayıb və beynə qanın işləməsini çətinləşdirib.

Xoşxassəli şişin çəkisi 23 kiloqram olub. Mütəxəssislərin fikrincə, qadın illər ərzində ginekoloji xəstəlik olan endometriozdan əziyyət çəkirmiş. Bu xəstəlik uşaqlıq divarının iç təbəqəsinin hüceyrələrinin böyüməsi ilə müşayiət olunur.

Qadının uşaqlığındakı şişi götürmək üçün cərrahi müdaxilə lazım gəlib. Cərrahiyyə əməliyyatı 2,5 saat ərzində davam edib. Bundan sonra xəstənin çəkisi 30 kq azalıb.

Ötən ilin iyul ayında belə bir məlumat yayılmışdı ki, Hindistandan olan fermer 20 il ərzində onun boynunda böyüyən şişi kəsdirməyə qərar verib. O, həkimə yalnız şişin həcmi başından böyük olandan sonra müraciət etmişdi.

Xəbər lenti
0