16:49 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Toyota şirkətinin hazırladığı robot, arxiv şəkli

Dünyanın ən məşhur iki peşəsi tarixə qovuşur

© AFP 2019 / Toru YAMANAKA
DÜNYA
Qısa URL
90 0 0

Bəzi sahələr artıq avtomatlaşdırılır və işçiləri robotlar əvəz edə bilir

BAKI, 17 yanvar — Sputnik. Yaxın zamanlarda bütün dünyada bir neçə peşə tarixə qovuşacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, satıcı və sürücü peşəsi ləğv ediləcək. Bu barədə Rusiyanın “Mədəniyyət” telekanalının efirində birində Sinqulyarlıq Universitetinin (“Singularity University”) nümayəndəsi Yevgeniy Kuznetsov deyib.

“Bəzi sahələr artıq avtomatlaşdırılır və işçiləri robotlar əvəz edə bilir. Ona görə də belə peşələr sıradan çıxır” – deyə Kuznetsov bildirib.

O, əlavə edib ki, hazırda robotların inkişafı sürücü və satıcıları bazardan çıxarır: “Yaxın gələcəkdə onlara ehtiyac olmayacaq. Eyni zamanda brokerlər, mühafizəçilər, tərcüməçilər, çağırış mərkəzlərinin işçiləri və digər bu kimi peşələrin də tarixə qovuşmasına az qalıb”.

Əsas mövzular