Gözəllərin yaşadığı ölkələr açıqlandı – SİYAHI

© REUTERS / Kim Kyung-Hoon"Miss İnternational" qalibi Mariem Velasko
Miss İnternational qalibi Mariem Velasko - Sputnik Azərbaycan
Abunə olmaq
İlk onluğa həmçinin ABŞ, Tailand, Puerto-Riko, Kolumbiya və İndoneziya daxil olub

BAKI, 16 yanvar — Sputnik. "Missosology" internet-portalı dünyada ən gözəl qadınların yaşadığı ölkələrin reytinqini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, siyahı hazırlanarkən beynəlxalq gözəllik müsabiqələrinin nəticələri nəzərə alınıb.

İlk pillədə Venesuela qərarlaşıb. Bu ölkəyə qələbəni "Miss İnternational" Mariem Velasko, həmçinin "Miss Kainat", "Miss Dünya", "Miss Supernational" və "Miss Yer" müsabiqələrində ilk yerləri tutan gözəllər gətirib.

"Miss Kainat" hesabına ikinci yeri Filippin tutub. Üçüncü yerdə isə Meksika qərarlaşıb.

İlk onluğa həmçinin ABŞ, Tailand, Puerto-Riko, Kolumbiya və İndoneziya daxil olub.

Xəbər lenti
0