14:41 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Hazırda hadisə yerində xilasetmə qrupları çalışır

BAKI, 16 yanvar — Sputnik. Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhərində "Poliplast Şərq-Qərb" kimya zavodunda partlayış baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, partlayış zamanı istehsalat binalarından biri dağılıb.

Взрыв на химзаводе в Кингисеппе
© Sputnik / RAPTLI
Kinqisepp şəhərində "Poliplast Şərq-Qərb" kimya zavodunda partlayış

Hadisə bu gün günorta saatlarında baş verib. Partlayış zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerində xilasetmə qrupları çalışır. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Ətraf mühitin kimyəvi tullantılar atılması və zəhərlənmə halları qeydə alınmayıb.

Əsas mövzular