11:12 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ rəhbəri Donald Tramp

Ərdoğan və Trampın kritik Suriya müzakirəsi

© AP Photo / Markus Schreiber
DÜNYA
Qısa URL
45 0 0

Liderlər, həmçinin ikitərəfli iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa dair razılığa gəlib

BAKI, 15 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa telefonla danışıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Suriyadakı son durumu müzakirə ediblər. 

Prezident Ərdoğan ABŞ-ın Suriyadan öz qoşunlarını çıxarmaq barədə qərarından məmnunluğunu ifadə edib. Türkiyə lideri ölkəsinin NATO üzrə tərəfdaşı ABŞ-a bu barədə kömək edə biləcəyini Trampın diqqətinə çatdırıb.

Bundan əlavə, ölkə başçıları Suriyanın şimalında terrorçulardan təmizlənən "təhlükəsizlik zonasının" yaradılmasına dair də fikir mübadiləsi aparıblar. Həmçinin vurğulanıb ki, zona Suriyanın ərazi bütövlüyü çərçivəsində yaradılmalıdır.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyənin kürdlərlə heç bir problemi yoxdur və Ankaranın hədəfi ölkənin təhlükəsizliyinə təhdid göstərən İŞİD, PKK, həmçinin PKK-nın Suriya qolu kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdır.

Liderlər, həmçinin ikitərəfli iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa dair razılığa gəliblər.

Əlaqədar

Ərdoğan Tramp və Merkellə gizli danışıqlarının detallarını açıqladı
Ərdoğan və Tramp görüşüblər
Ərdoğan - Tramp görüşünün detalları məlum olub
Tramp-Ərdoğan danışığının detalları hər kəsi şoka saldı
Teqlər:
Suriya, İŞİD, Donald Tramp, Ərdoğan

Əsas mövzular