15:19 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Təcavüz

Məhkəmə 70 il əvvəl baş verən cinayətə görə bəraət verdi

CC BY 2.0 / Tanjila Ahmed / Take me
DÜNYA
Qısa URL
94 0 0

Onlardan biri qəzəbli kütlə tərəfindən öldürülüb, ikisi edam cəzasına məhkum edilib, o zaman 16 yaşında olan 4-cüsü isə ömürlük azadlıqdan məhrum edilib

BAKI, 14 yanvar — Sputnik. ABŞ-ın Florida ştatında 1949-cu ildə ağdərili qızı zorlamaqda ittiham edilən 4 afroamerikalı ölümlərindən sonra əfv ediliblər.

Sputnik Tacikistan xəbər verir ki, amerikalı Norma Pecet 70 il əvvəl polisə müraciət edərək, təcavüzə uğradığını bildirib. Qız iddia edib ki, Ernest Tomas, Semuel Şepard, Çarlz Qrinli və Uolter İrvin onu qaçıraraq, təcavüz ediblər. Pacetin sözlərinə görə, cinayət gecə saatlarında onun öz avtomobilində baş verib.

İstintaq əvvəlcədən Pacetin ittihamına qarşı şübhə ilə yanaşıb. Amma dəlil yetərsizliyinə baxmayaraq, qızı zorladıqları iddia edən gənclər ağır cəzalandırılıb. Onlardan biri qəzəbli kütlə tərəfindən öldürülüb, ikisi edam cəzasına məhkum edilib, o zaman 16 yaşında olan 4-cüsü isə ömürlük azadlıqdan məhrum edilib.

Bu yaxınlarda məhkəmə cinayət işinin detalları ilə ətraflı məşğul olmağa başlayıb. Məhkəmədə şübhəli hesab edilən şəxslərin yaxınları və 86 yaşlı Norma özü də iştirak edib. Üstündən 70 il keçəndən sonra qadın etiraf edib ki, o vaxt gənclərə şər atıb və heç bir təcavüz faktı olmayıb.

Florida hakimiyyəti haqsız olaraq cəzalandırılmış gənclərin ailələrindən üzr istəyib . Ştatın qubernatoru Ron De Santis isə bildirib ki, düzgün qərar vermək üçün heç vaxt gec deyil.

Əsas mövzular