Təyyarənin döşəməsində 2 saat uçdular

© AP Photo / Michael ProbstTəyyarə, arxiv şəkli
Təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət ailədən üzr istəyib və biletin dəyərinin geri ödənilməsini təklif edib

BAKI, 15 yanvar — Sputnik. TUİ aviaşirkətinin sərnişinləri biletdə yazılan yerlər təyyarədə olmadığı üçün iki saatlıq uçuşu döşəmədə getməli olublar.

Плоды дуриана - Sputnik Azərbaycan
Təyyarə bir meyvəyə görə yerə düşdü

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 3 nəfərlik ailə bir-birinin yanında otura bilmək üçün Menroka adasının hava limanına vaxtından əvvəl gəlib. Onlara 41-ci cərgədə D, E və F yerləri verilib. Ancaq onlar təyyarənin göyərtəsinə qalxdıqları zaman məlum olub ki, belə nömrəli yerlər mövcud deyil.

Şikayət etdikdən sonra ekipaj üzvləri boş yer taparaq uşağı orada oturdublar. Cütlük isə göyərtə bələdçiləri üçün nəzərdə tutulmuş qatlanma oturacaqlarda oturmalı olub.

Ancaq təyyarə havaya qalxan kimi göyərtə bələdçilərinə bu yerlərdə olan bölmələr lazım olduğuna görə, ailə döşəmədə oturmalı olub.

TUİ şirkətinin nümayəndələrinin sözlərinə görə, uçuşdan əvvəl təyyarə başqa təyyarə ilə dəyişdirilib. Şirkət ailədən üzr istəyib və biletin dəyərinin geri ödənilməsini təklif edib.

Xəbər lenti
0