07:40 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
Rusiya və Yaponiya xarici işlər nazirlərinin görüşü

Rusiya torpaq iddiasına cavab verdi – Qaytarılmayacaq

© Sputnik / Evgeniy Biyatov
DÜNYA
Qısa URL
1131 0 0

Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır

BAKI, 14 yanvar — Sputnik. Rəsmi Moskva Tokionun nəzərinə çatdırıb ki, Kuril adalarının suverenliyi məsələsi müzakirə olunmur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir vurğulayıb ki, rəsmi Tokio Rusiyanın Kuril adaları üzərində suverenliyini tanımayana qədər çətin ki, sülh sazişi üzrə danışıqlarda irəliləyişə nail olunsun: "Bu Rusiya ərazisidir və biz onların diqqətinə çatdırdıq ki, Yaponiya qanunvericiliyində bu adalar şimal ərazisi kimi göstərilir. Bu da yolverilməzdir”.

Lavrovun sözlərinə görə, Moskva və Tokio 1956-cı il bəyannaməsi əsasında işləməyə hazır olduqlarını bildiriblər: "Bu isə o anlama gəlir ki, Yaponiya İkinci Dünya müharibəsinin nəticələrini tam şəkildə tanıyır".

Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.

30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.) və çoxlu kiçik ada və qayalardan ibarət olan Sakit okeanın bu bölgəsi iki ölkə üçün strateji əhəmiyyət daşıyır.

Rəsmi Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir.

Əsas mövzular