Ukraynaya məlum məqsəd üçün gedənlərə çox pis xəbər

CC BY 2.0 / Eleazar / Cache-cacheÖpüşən gənc cütlük, arxiv şəkli
Öpüşən gənc cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Razılığın yazılı və şifahi olması barədə heç bir məlumat verilmir

BAKI, 12 yanvar — Sputnik.  Ukraynada Cinayət Məcəlləsinə maraqlı dəyişiklik edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bundan sonra ölkədə şəxslər arasında intim yaxınlıq zamanı razılıq alınması məcburi olacaq. Və bu təkcə qısamüddətli münasibətlərə aid deyil. Bundan sonra ailəli cütlüklər arasında seks də razılıq əsasında olmalıdır.

Maraqlısı budur ki, ailə münasibətləri belə, yumşaldıcı vəziyyət kimi nəzərə alınmır. Belə ki, həyat yoldaşına qarşı zorakılığa görə şəxslər 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Analoji hadisə yad insana qarşı törədildikdə isə həmin şəxs 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Razılığın yazılı və şifahi olması barədə heç bir məlumat verilmir.

Dəyişiklik bu gündən qüvvəyə minəcək.

Xəbər lenti
0