"Donuz qripindən" iki nəfər də öldü

© Sputnik / Alexander ImedashviliTibbi klinika
Tibbi klinika - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da Gürcüstanda "donuz qripindən" ölənlərin sayı 15-ə çatıb

BAKI, 11 yanvar — Sputnik. Gürcüstanda "donuz qripindən" ölənlərin sayı artır. Sputnik Gürcüstan xəbər verir ki, bu gün Kutaisidə H1N1 virusundan 24 yaşlı kişi dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev - Sputnik Azərbaycan
Baş epidemioloq Azərbaycanda “donuz qripi”nin olub-olmamasına aydınlıq gətirdi

Bu barədə "Eveks" klinikasının mətbuat katibi Georgiya Nioradze məlumat verib.

Onun sözlərinə görə, gənc xəstəxanaya gec müraciət edib.

İkinci ölüm halı isə Batumidə qeydə alınıb. 63 yaşlı kişi "donuz qripi" virusundan dünyasını dəyişib. Bu barədə Acarıstanın Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze məlumat verib. O, qeyd edib ki, laboratoriya nəticələrinə görə, kişi həqiqətən "donuz qripi" virusundan dünyasını dəyişib.

Bununla da Gürcüstanda "donuz qripindən" ölənlərin sayı 15-ə çatıb.

Xatırladaq ki, hazırda Gürcüstanda hər 100 min nəfərdən 256 nəfəri "donuz qripi" virusuna yoluxub. Xəstəlik hələ epidemiyaya çevrilməyib.

Xəbər lenti
0