17:54 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Мужчина читает Коран

Müsəlman aləmində yeni gərginlik: "Çin İslamı" yaradılır

© Sputnik / Murad Orujov
DÜNYA
Qısa URL
7042 0 0

Ənənəvi Çin mədəniyyətinin məscidlərdəki ayinlərə daxil edilməsi istənilir

BAKI, 11 yanvar — Sputnik. Çin dövlətinin nəzarətində olan Çin İslam Cəmiyyəti (ÇİC) "Çin İslamı" ideyasını irəli sürdüyü toplantıda, ölkənin müsəlman toplumuna "sosialist dəyərlərin" tədris olunacağını bildirib. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir.

Cəmiyyətin yaydığı məlumata görə, paytaxt Pekində həftəsonu baş tutan toplantıya Şanxay, Hunan, Guangdong, Yünnan əyalətlərində müsəlman icmalarından olan təmsilçilər qatılıb. "Ölkəmizdə İslamın çinləşməsi üçün 2018-2022-ci illəri əhatə edən 5 illik İş Planı" adlı seminarda müsəlman icmalarına Çin Kommunist Partiyasının (ÇKP) İslam üzərində çalışmalarını daha da sıxlaşdırması, İslamın çinləşməsinə sadiq qalmaları, Çin İslamını və Çin tipli sosializmi təşviq etmək çağırışları edilib.

Çin İslam Cəmiyyətinin sədri toplantıda sosialist dəyərlər üzərinə dərslər və tədrisin verilməsi üçün lazımi tədbirlərin görülməsini və ənənəvi Çin mədəniyyətinin məscidlərdəki ayinlərə daxil edilməsini istəyib.

Digər tərəfdən, mərkəzi Pekində olan Çin İslam İnstitutunun dekan müavini Gao Canfu da "Global Times"-a verdiyi açıqlamasında "İslamiyyətin çinliləşdirilməsi" dövründə İslamda heç bir dəyişikliyin olmayacağını bildirib. Lakin Gaonun açıqlamasında "İslamdakı inanc, davranış və ideologiyada dəyişiklik edilməmək şərti ilə sosial dəyərlərə uyğun hala gətirilməlidir" ifadəsi bir sıra suallar yaradın.

Gao vurğulayıb ki, "sosial dəyərlərə uyğun" dərc olunacaq kitablar bu il məscidlərdə oxunacaq.

Qeyd edək ki, Çinin Yünan əyalətinin Veyşan bölgəsində yerli rəhbərlik tərəfindən ötən həftələrdə "qanundan kənar dini təlim" vermək iddiası ilə üç məscid ibadətə bağlanıb. Məscidlərin qapadılması üçün gələn hüquq mühafizə orqanları əməkdaşları ilə çinli müsəlmanlar (Hui) arasında gərginlik yaşanıb. Hazırda həmin məscidlərin aqibəti bilinmir.

Xatırladaq ki, Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

Çində 56 etnik qrupdan 10-unu müsəlmanlar təşkil edir. Hui (çinli müsəlmanlar), qırğız, qazax, uyğur, tacik, tatar, özbək, salar, Baoan və Dongşiang etnik azlıqları Çinin qərb və cənub-qərbində yaşayırlar.

Əlaqədar

Politoloq: “İslamofobiya qlobal savaşa gətirib çıxara bilər”
İlahiyyatçı: “İslamda cinçıxarma deyilən bir şey yoxdur”
İlahiyyatçı: “Başdaşının hansı formada olması haqqında İslamda qadağa yoxdur”
Professor: “İslam ölkələrinin vahid valyutaya keçməsi real görünmür”
Teqlər:
məscid, müsəlman, İslam dini, Çin

Əsas mövzular