Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"The National Interest" Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbini açıqladı

© AP Photo / Alexander ZemlianichenkoS-400 HHM sistemli maşın Qızıl Meydanda hərbi parada hazırlaşır
S-400 HHM sistemli maşın Qızıl Meydanda hərbi parada hazırlaşır - Sputnik Azərbaycan
Abunə olmaq
Müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər

BAKI, 11 yanvar — Sputnik. Rusiyanın yeni S-500 Promotey zenit-raket kompleksləri (ZRK) barədə məlumatların olmaması "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaları təhlükə altına atmamaq qərarı ilə bağlı ola bilər. Bu barədə Sputnik Azərbaycan Birləşmiş Ştatların "The National Interest" nəşrinə istinadən xəbər verir.

İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub - Sputnik Azərbaycan
FOTO
Azərbaycanın ilk dəfə nümayiş olunan müasir silahları və hərbi texnikası - FOTOLENT

Potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.

Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə belə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib.

Nəşr yazır ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.

Xəbər lenti
0