Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

© AFP 2023 / Lefteris PitarakisTürk Dəniz Qüvvələrinə aid gəmilər
Türk Dəniz Qüvvələrinə aid gəmilər - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyə qədərki ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib

BAKI, 10 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri dənizlərdə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk donanmasının indiyə qədər görünməmiş ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib.

Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri - Sputnik Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin təlimi keçirilib

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral – 3 mart tarixlərində keçiriləcək.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələrindən başqa, Hava və Quru qoşunlarının bəzi bölmələri də cəlb olunacaq. Təlimlər Egey və Aralıq dənizlərinin şərq sahilində, Yunanıstan və Kipr rəhbərliyinin sözdə "mübahisəli" kimi göstərdiyi ərazilər də daxil olmaqla, Türkiyə sahillərində keçiriləcək.

"Mavi Vətən", həmçinin uzun müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr rəhbərliyinə "əzələ nümayişi" anlamı da daşıyır.

Xəbər lenti
0