Xameneyidən ABŞ-a sərt sözlər: "Onlar dəli yox, gicdirlər"

© AP Photo / Office of the Iranian Supreme Leaderİranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu insanları kloundan başqa necə adlandırmaq olar?”

BAKI, 10 yanvar — Sputnik. Birləşmiş Ştatlarının dövlət departamentinin bəzi nümayəndələri özlərini "bir nömrəli axmaqlar" kimi aparırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu öz "Twitter" səhifəsində İranın dini lideri Əli Xameneyi yazıb.

Tehranda hökumətə dəstək aksiyası zamanı əllərində Xameneinin portretlərini tutmuş qadınlar, 3 yanvar 2018-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Xameneyi heç yerə qaçmayacaq

"Birləşmiş Ştatlar rəhbərliyinin bəzi nümayəndələri dəli olduqlarını göstərməyə çalışırlar. Təbii ki, mən bununla razı deyiləm. Onlar birinci dərəcəli gicdirlər" - deyə Xamanei bildirib.

O, həmçinin əlavə edib ki, amerikalı məmurların bəyanatları heç bir məntiqə sığmır: "ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, İran insan haqlarının qorunmasını Səudiyyə Ərəbistanından öyrənməlidir. Bu insanları kloundan başqa necə adlandırmaq olar? Nə onların təhdidi, nə də onların vədləri diqqətə və inama layiq deyil".

Qeyd edək ki, noyabrın 5-dən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edir. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyalarını aşacaq və ABŞ-ı "peşman edəcək". "Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik" — deyə Ruhani qeyd edib.

Xəbər lenti
0