18:18 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
Mona Liza, Leonardo da Vinçi, Luvr, Paris

“Mona Liza” ilə bağlı 500 illik mif yox edildi

© AP Photo / Jacques Brinon
DÜNYA
Qısa URL
342 0 0

Alimlər 24 könüllüdən kompüter ekranında Cokondanın şəklinə baxmağı və qadının baxışlarını dəyərləndirməyi xahiş edib

BAKI, 10 yanvar — Sputnik. Almaniyanın Bielfeld universitetinin alimləri məşhur rəsmdə baxışı ilə tamaşaçıları izləyən "Mon Liza effektləri" haqqında mifi dağıdıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, əslində belə təəssürat yaradan foto mövcud olsa da, Cokondada bu effekt yoxdur.

Araşdırmanın nəticəsi İ-Perception jurnalında yayımlanıb.

Məlumdur ki, fotosu çəkilən insan birbaşa kameraya baxır. Şəklə baxan insanlarda isə belə bir illüziya yaranır ki, fotonu hansı tərəfə çevirsələr də, şəkildəki gözlər birbaşa ona baxır.

Bu effekt ilk dəfə rəssamlar tərəfindən aşkar edilib və 1503-1505-ci illərdə Leonardo da Vinçi tərəfindən yaradılmış Liza del Cokondonun portretinin şərəfinə adlandırılıb.

Cokondonun insanları baxışları ilə müşayiət etdiyi deyilsə də, alimlər araşdırma zamanı müəyyən ediblər ki, insanlar sadəcə olaraq əvvəldən yayılmış yalan iddianı qəbul edirlər.

Araşdırmaçılar həqiqətənmi orada "Mona Liza effekti" olub-olmadığını tapmaq üçün Vinçinin rəsm əsəri üzərində araşdırma aparıblar. Onlar 24 könüllüdən kompüter ekranında Cokondonun şəklinə baxmağı və qadının baxışlarını dəyərləndirməyi xahiş ediblər.

Bu zaman bəzi iştirakçılar Mona Lizanın burnunu və gözlərini, bəziləri isə bütün portreti görə bilib. İştirakçılar və ekran arasında xətkeş qoyulub və könüllülər müəyyən etməyə çalışıb ki, Cokondonun baxışı ölçü cihazının hansı nöqtəsinə düşür.

Məlum olub ki, rəsm əsərinə birbaşa baxan könüllülərin baxış istiqaməti və onların qəbul etdiyi portret görünüşünün istiqaməti orta hesabla 15.4 dərəcə təşkil edir.

Əgər rəsm əsərinə 66 sm uzaqlıqdan baxılarsa, bu zaman sağa doğru əyilmə 27,9 santimetr olur.

Alimlərin dəyərləndirməsinə görə, küncü 5 dərəcədən yuxarı qaldıranda, illüziya yaranır.

Bu zaman iştirakçıların fikirləri şəkilin ölçüsündən asılı olmayıb.

Alimlər belə qərara gəlib ki, Cokondo tamaşaçılara baxmır. Bu da o deməkdir ki, əslində "Monza Liza effekti" yoxdur.

Əsas mövzular