Sabiq nazir casus çıxdı, 11 il həbs cəzası aldı

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidHakim çəkici
Hakim çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin iki dəfə gizli olaraq İrana səfər edib və iranlılarla müxtəlif ölkələrdə görüşüb

BAKI, 10 yanvar — Sputnik. İsrailinin energetika və infrastruktura naziri Qonen Seqev İranın xeyrinə casusluqda ittiham olunub və istintaqla olan razılaşmanın şərtlərinə əsasən cəmi 11 il müddətinə həbs edilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Qonen Seqev 2018-ci ilin mayında İsrailin enerji sektoru və ölkənin milli təhlükəsizliyinə aidiyyəti olan obyektlərə dair gizli məlumatların İrana ötürülməsi ittihamı ilə həbs olunub.

İsrail kəşfiyyatının məlumatına görə, Seqev ilk dəfə İran kəşfiyyat orqanlarının nümayəndələri ilə 2012-ci ildə Nigeriyada görüşüb. O, həmçinin iki dəfə gizli olaraq İrana səfər edib və iranlılarla müxtəlif ölkələrdə görüşüb.

Xəbər lenti
0