On bir ölkədə təlaş: Diplomatik nümayəndəliklərə şübhəli bağlamalar göndərilir

© REUTERS / STRINGERAvstraliyanın Melburn şəhərində ən az 10 konsulluq binasına şübhəli paket göndərilib
Avstraliyanın Melburn şəhərində ən az 10 konsulluq binasına şübhəli paket göndərilib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə bombanın zərərsizləşdirilməsi üzrə qruplar göndərilib

BAKI, 9 yanvar — Sputnik. Avstraliyanın Melburn şəhərində ən az 10 konsulluq binasına şübhəli paket göndərilib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, Yeni Zelandiya və Misir səfirliklərinin əməkdaşları təxliyə ediliblər.

Avstraliya polisi şübhəli paketə görə hadisə yerinə bombanın zərərsizləşdirilməsi üzrə qrupların göndərildiyini açıqlayıb.

Melburn şəhəri üzrə ümumilikdə 18 şübhəli paket xəbərdarlığı edilib.

Xəbər lenti
0