17:18 15 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Panamaya məxsus gəmi vətənə qayıdır

Azərbaycanlıların da öldüyü gəmi qəzası ilə bağlı cinayət işi başlandı

© AP Photo / Moises Castillo
DÜNYA
Qısa URL
89 0 0

Şəxslərin axtarışını 2 gəmi və 1 helikopter həyata keçirir

BAKI, 9 yanvar — Sputnik. Türkiyə hüquq mühafizə orqanları Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması faktı ilə bağlı cinayət işini başladıblar. Sputnik Azərbaycan "UNN"-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.

"İnsan ölümü ilə nəticələnən faciə ilə əlaqədar cinayət işi başladılıb" – deyə Sibiqa qeyd edib.

O, həmçinin bildirib ki, qəza nəticəsində gəmidə olan şəxslər şahid qismində dindirilib.

Bu arada Qara dənizdə batan "Volga Balt 214" adlı gəminin itkin düşən 4 ekipaj üzvündən 2-nin də cəsədi dənizdə tapılıb. Daha 2 nəfərin cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.

Şəxslərin axtarışını 2 gəmi və 1 helikopter həyata keçirir.

Xatırladaq ki, ötən gün Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgo-Balt 214" gəmisinin qəzaya uğraması nəticəsində gəminin azərbaycanlı ekipaj üzvlərindən biri və gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib. Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.

"Sahil Mühafizəsinə aid 2 gəmi, biri Hərbi Hava Qüvvələrinə aid olmaqla 3 helikopter və bir təyyarə xilasetmə istiqamətində fəaliyyət göstərib. Gəmidəki 13 nəfər heyət üzvündən 7-si xilas edilib. Xilasetmə işləri davam etdirilir. Səhiyyə Nazirliyinin təcili tibbi yardım helikopteri Sahil Mühafizəsinin Samsun Hava Qrupu Komandanlığında gözləyir" - deyə Türkiyə DİN-in məlumatında qeyd olunur.

Əlaqədar

Türkiyə sahillərində gəmi batıb, göyərtəsindəki azərbaycanlıların taleyindən xəbər yoxdur
Özü ilə azərbaycanlıları da batıran gəmi barədə maraqlı məlumatlar
Türkiyədə gəmi batması nəticəsində itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb

Əsas mövzular