Tanınmış aktrisa ailə həyatı qurur

Abunə olmaq
"Adını Feriha Koydum" serialı ilə məşhurlaşan aktrisa Hazal Kaya ailə həyatı qurur

BAKI, 9 yanvar — Sputnik. Tanınmış türkiyəli aktrisa Hazal Kaya 5 ildir ki, sevgili olduğu aktyor Ali Atay ilə ailə həyatı qurur.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy öncəsi təşkil olunan "Subaylığa son" partisinə isə aktrisanın ən yaxın dostları qatılıb.

Partiyə qatılanlar sırasında Songül Öden də olub. O Hazal Kaya ilə birgə çəkilən fotosunu "Gəlin oldun, gedirsən... Hazal “ya nəsib” deyərək ata minib! Kiçik gəlinim" başlığı ilə paylaşıb.

Qeyd edək ki, cütlüyün toy mərasimi fevralın 6-sında olacaq.

Xəbər lenti
0