05:32 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

“Bolton çox ciddi bir səhv edib” – Ərdoğan od püskürdü

© AP Photo / Burhan Ozbilici
DÜNYA
Qısa URL
348 0 0

Terrora yeni bir tərif mi vermişiniz? Əgər terrorçudursa lazım olanı edəcəyik

BAKI, 8 yanvar — Sputnik. Suriya məsələsində kritik bir dönəm keçiririk. Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istindən xəbər verir ki, bunu Türkiyə parlamentində hakim partiyanın nümayəndələri önündə çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Fərat Qalxanı hərəkatı zamanı haqqında əfsanə danışılan İŞİD-i darmadağın edən Türkiyə olub. Bundan sonra Suriyada sürətlə bu bəladan qurtulma dövrü başladı. Boltonun İsraildən verdiyi mesajı bizim qəbul etməyimiz, udmağımız mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşımın kim, PKK, YPG-nin kim olduğunu bilmirlər" - deyə Ərdoğan qeyd edib.

O, qeyd edib ki, PKK terror təşkilatı Türkiyənin kürd vətəndaşlarının təmsilçisi ola bilməz: "Birləşmiş Ştatlar bunları kürd qardaşlarımız kimi dəyərləndirirsə, onda bu onların ciddi bir yanlışlıq içərisində olduğunu göstərir. Terrora yeni bir tərif vermisiniz? Əgər terrorçudursa, lazım olanı edəcəyik".

Daha əvvəl Ankarada Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında danışıqlar həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən danışıqlar prezident sarayında, qapalı qapılar arxasında keçirilib və 2 saat 10 dəqiqə davam edib. Görüşdən sonra isə planlanlaşdırılan mətbuat konfransı ləğv edilib.

Qeyd olunur ki, Türkiyə Vaşinqtona müraciət edərək Suriyada olan ABŞ bazasının onlara təhvil verilməsini və ya məhv edilməsini istəyib.

Qəzetin adı açıqlanmayan mənbələrinin sözlərinə görə, Türkiyə ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra Suriyada olan 22 bazanın kürd qruplaşmalarına təhvil verilməsinin əleyhinədir.

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Əsas mövzular