Pekində təşviş yaşanır, polis hərəkətə keçib

© AP Photo / Ng Han GuanСкорая помощь в Пекине
Скорая помощь в Пекине - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verənlərin terror aktı olub-olmadığı araşdırılır

BAKI, 8 yanvar — Sputnik. Çinin paytaxtı Pekində naməlum kişi ibtidai məktəblərin birinə hücum edərək 20 uşağı yaralayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İlkin məlumatlara görə, hücum zamanı yaralanan uşaqlar xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Polis hücum edən şəxsi hadisə yerində saxlayıb. Kişinin nə ilə silahlandığı və hadisənin motivləri açıqlanmayıb. Baş verənlərin terror aktı olub-olmadığı araşdırılır.

Xəbər lenti
0