01:25 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Malayziya kralı V Məhəmməd

Rus gözəli ilə evlənib taxtdan imtina etdi

© AFP 2019 / MOHD RASFAN
DÜNYA
Qısa URL
81 0 0

Malayziyalı hökmdar ölkə konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət başçısı vəzifəsindən istefa verib.

BAKI, 7 yanvar — Sputnik. Malayziya kralı V Məhəmməd taxtdan imtina edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, keçmiş hökmdar öz doğma vətəninə Malaziyaya, Kelantan sultanlığına qayıdacaq.

V Məhəmmədin taxtdan imtina etməsinin səbəbləri məlum deyil.

Malayziyalı hökmdar ölkə konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət başçısı vəzifəsindən istefa verib.

İstefaya getməmişdən öncə V Məhəmməd seçilmiş Konfrans üzvlərinə və baş nazirə və ölkənin federal hökumətinə dərin təşəkkürünü bildirib.

V Məhəmməd 1969-cu ildə oktyabrın 6-da dünyaya gəlib. O Malayziya, Tayland və Böyük Britaniyada təhsil alıb. V Məhəmməd 2016-cı ildə 5 illik hökmdar seçilib.

2018-ci ilin noyabr ayında kral "Miss Moskva 2015" müsabiqəsinin qalibi Oksana Voevodina ilə ailə həyatı qurub.

Əsas mövzular