05:23 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Donald Tramp

Trampdan müharibə etirafı: "Əgər prezident seçilməsəydim..."

© REUTERS / Kevin Lamarque
DÜNYA
Qısa URL
7438 0 0

"Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, olduqca yaxşı irəliləyirik"

BAKI, 7 yanvar — Sputnik. "Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə Asiyada böyük bir müharibənin içərisində olardıq". Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Birləşmiş Ştatlar və Şimali Koreya arasında görüşlərin dalana dirənməsi" haqqında sualı cavablandırarkən deyib.

"Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, olduqca yaxşı irəliləyirik" - deyə Tramp bildirib. O, hazırda Şimali Koreya lideri Kim Çen Inla ikinci zirvə görüşü üçün yerlərin nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında cari il avqustun 12-sində Sinqapurda görüş olub. 38 dəqiqəlik görüşün ardından hər iki lider nahara çıxıb. Onlar ABŞ və Şimali Koreya bayraqları önünə salınan qırmızı xalça üzərində bir-birilərinə sarı yeriyib, bir-birilərinə əl veriblər.

Əlaqədar

Politoloq: “Trampın qərarı Türkiyə ilə münasibətlərə zərbə vuracaq”
Administrasiya Tramp və Kim Çen In üçün görüş yeri axtarır
Tramp hədələdi: "Hökumət aylarla bağlı qala bilər"
Tramp hamıya “atdı” – Suriya siyasəti dəyişdi
Teqlər:
görüş, Kim Çen In, Donald Tramp, ABŞ, müharibə, Şimali Koreya, prezident

Əsas mövzular