Yeni ildə ilk görüş: Ərdoğan yenə Putinin yanına gedir

© REUTERS / ZemlianichenkoTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə lideri geniş məsələlər spektrini, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər

BAKI, 6 yanvar — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyıb Ərdoğan və Vladimir Putin yanvarda Moskvada görüşəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bazar günü "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iki ölkə lideri geniş məsələlər spektrini, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.

Agentlik ötən il Ərdoğan və Putin arasında 7 şəxsi görüşün və 18 telefon danışığının olduğunu xatırladıb.

Xəbər lenti
0