07:42 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Əsgərlər təyyarəyə dolurlar

Dünyanın üçüncü ən güclü dövləti müharibə hazırlığına başladı

CC0 / Skeeze / Soldiers
DÜNYA
Qısa URL
540 0 0

Çin ordusunun gücləndirilməsi səbəbi olaraq Cənubi Çin dənizindəki torpaq münaqişələri, ABŞ ilə ticarət müharibəsi və Tayvanın statusu ilə bağlı artan gərginlik göstərilir

BAKI, 5 yanvar — Sputnik. Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinin yüksək səviyyəli komandirləri ilə görüşüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çin rəhbəri ölkəsinin ordusuna savaşa hazır olmaq çağırışı edib.

Cinpin bildirib ki, ölkənin təhlükə və təhdidlərlə üzləşməsi artarsa, buna hazır olmaq lazımdır. Fövqəladə vəziyyətə hazır olmaq və müharibəyə hazırlıq üçün lazım olan hər şey edilməlidir.

O, bildirib ki, dünya heç bir zaman görünməyən böyük dəyişikliklərlə üz-üzədir. Çin inkişaf üçün hələ də əhəmiyyətli bir fürsət dövründədir. Silahlı qüvvələrin fövqəladə vəziyyətlərə dərhal cavab verə bilməsi, birgə əməliyyat imkanlarını yüksəltməsi lazımdır.

Çin ordusunun gücləndirilməsi səbəbi olaraq Cənubi Çin dənizindəki torpaq münaqişələri, ABŞ ilə ticarət müharibəsi və Tayvanın statusu ilə bağlı artan gərginlik göstərilir.

Əsas mövzular