Qayalıqda çəkilən görüntü hamını şoka salıb – VİDEO

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidMağara, arxiv şəkli
Mağara, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Digər adı ev hörümçəyi olan "Pholcidae" hörümçəyi çox soyuq yerlər istisna olmaqla hər yerə yayılıb

BAKI, 5 yanvar — Sputnik. Meksikanın Alamos qəsəbəsi yaxınlığındakı bir mağaraya gedən iki nəfər qəribə hadisə ilə rastlaşıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, həmin iki şəxs qayalığın arasında olan yuvada tüklü bir heyvan gördüklərini düşünüblər.

Canlı hərəkət etmədiyinə görə, onlar yuvaya çubuq soxublar. Bu zaman gözlərinə inana bilməyiblər.

Belə ki, yuvada tüklü bir canlı deyil, minlərlə hörümçək var imiş. Onlar birləşdikləri üçün böyük bir tüklü heyvana bənzəyiblər.

Gizləndikləri yer dağılınca bir-birilərindən ayrılan hörümçəklərin görüntüləri sosial şəbəkədə 1.5 milyon insan tərəfindən izlənilib.

Digər adı ev hörümçəyi olan "Pholcidae" hörümçəyi çox soyuq yerlər istisna olmaqla hər yerə yayılıb. Mağaraların, binaların nəmli divar köşələrində yuva qurarlar.

Xəbər lenti
0