05:39 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Somali Ordusunun əsgərləri amerikalı əsgərlərin öldürüldüyü yerdə

ABŞ əsgərləri daha bir ölkəni tərk edir

© AP Photo / Farah Abdi Warsameh
DÜNYA
Qısa URL
68 0 0

Pentaqon noyabr ayında Qərb Afrikadakı strategiyasını dəyişdirəcəyini açıqlamışdı

BAKI, 5 yanvar — Sputnik. Suriyadan sonra ABŞ-ın Somalidəki hərbi mövcudluğunu da azaldacağı iddia edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Somalidəki hərbi mövcudluğunu və "Eş-Şebab" terror təşkilatına yönələn hava hücumlarını azaltmağı planlaşdırır.

"Eş-Şebab" hələ də Somali və qonşu ölkələr üçün təhdid olsa da, ABŞ üçün birbaşa təhlükə olmadığı deyilib.

Bu addımın digər səbəbi kimi isə "Eş-Şebab" terror təşkilatının bir sıra liderlərinin ələ keçirilməsi göstərilir. Bir ABŞ səlahiyyətlisi məsələ ilə bağlı hədəflərin azaldığını söyləyib.

Plan çərçivəsində Somalidəki terror ünsürlərini bombalamaq işi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) tapşırılacaq.

Pentaqonun Somalidə 500 nəfərə yaxın şəxsi heyəti var. Yeni planla bu ölkədə nə qədər kadr qalacağı hələ bilinmir. 2017-ci ildə Somalidə 35 hava hücumu edən həyata keçirən ABŞ 2018-ci ildə 47 hücum reallaşdırıb.

Qeyd edək ki, Pentaqon noyabr ayında Qərb Afrikadakı strategiyasını dəyişdirəcəyini açıqlamışdı.

Əsas mövzular