Dubayda 1,5 milyon dollarlıq yaxta batıb

© AP Photo / Kamran JebreiliDubayda yaxtalar
Dubayda yaxtalar - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxta batan zaman sahildən 200 metr uzaqlıqda olub.

BAKI, 5 yanvar — Sputnik. Dubayda 1,5 milyon dollar dəyərində olan yaxta batıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, göyərtəsində 11 turist və ekipaj üzvü olan yaxta batıb. Göyərtədə olan şəxslərin hamısı xilas edilib.

Hadisə bazar günü Dubay Marina və Jumeirah Beach Residence rayonları yaxınlığında baş verib.

Məlumata görə, kirayə götürülmüş yaxta deşildiyi üçün batıb. Polis qayığı göyərtədə olan şəxsləri götürüb. Yaxtada turistlər arasında Rusiya vətəndaşları da olub. Yaxta batan zaman sahildən 200 metr uzaqlıqda olub. Hadisə zamanı heç kim xəsarət almayıb.

Xəbər lenti
0